Unikal en diapazonuna malik olan seksiyalı qapıların proqramı
Seksiyalı qapılar şaquli istiqamətdə açılır və beləliklə də qapının önündə və arxasında boş yer təmin edir. Qapının seksiyaları şaquli vəziyyətdə qapı keçidinin üstündə tavanın altına və yaxud tavana paralel olan mail müstəvinin üzərinə yığılır. Poladdan, polad və alüminium kombinasiyası şəklində və yaxud alüminiumdan hazırlanmış 40-cı inşaat seriyalı seksiyalı qapıların bir sıra üstünlüyü var: böyük en diapazonu, maraqlı dizayn, uyğunluq sertifikatı və bütün təhlükəsizlik normalarına cavab verir. Tavana keçmə dərinliyi kiçik olduğundan bu qapılar işıq günbəzi, şüşəli damı və şüşəli fasadı olan böyük otaqlara xüsusilə uyğun gəlir.
Daha təfsilatlı məlumatı kataloqlardan və ya quraşdırma üçün texniki məlumatdan tapa bilərsiniz.
Hormann sənaye seksiyalı qapılarının üstünlükləri
Hörmann şirkətinin seksiyalı qapılarına
cızılmayan şüşə salma
Seksiyalarına DURATEC şüşəsi salınmış bütün seksiyalı qapılar qiymətini artırmadan seriyalarla təchiz edilir. Hörmann seksiyalı qapılarda istifadə edilən plastikdən düzəlmiş DURATEC şüşələri hətta dəfələrlə yuyucu vasitələrlə yuyulduqdan və onlara intensiv surətdə təsir etdikdən sonra belə şəffaflığında qalır. Şüşənin səthinin keyfiyyətcə avtomobil faralarının örtülməsindən geri qalmayan xüsusi örtülməsi uzun müddət ərzində şüşəni cızıq və təmizləmə izlərindən qoruyur.
Şüşələmənin variantları barədə daha təfsilatlı məlumatı kataloqdan tapa bilərsiniz.
Thermoframe
Qızdırılan anqarlara yüksək istilik saxlama qabiliyyətinə malik qapıların qoyulması zəruridir. TermoFrame istiqamətləndiricisinin haşiyəsinin kipləşdirici elementi seksiyalı Hörmann sənaye qapısını kərpic divarla istiqamətləndiriciləri termiki ayırmaq üçün nəzərdə tutulmuşdur. İstilik və ya soyuqluq itkilərinin qarşısını almaq məqsədilə bu qapıya hər iki tərəfdən əlavə kipləşdirici manjetlər quraşdırılıb. Bu isə istilik izolyasiyasını 21 faiz artırır.
Kandarsız əl qapısı ilə olan təhlükəsizliyi və komfortu qiymətləndirin
Kandarsız əl qapısı əlverişli həlldir, çünki insanların içəri girməsi üçün qarajın qapısını açmaq tələb olunmur. Paslanmayan polladdan hazırlanmış kandarın mərkəz hissəsinin hündürlüyü cəmi 10 mm, kənarların hündürlüyü isə 5 mm olan (eni 5510 mm olan qapıların kandarının hündürlüyü 13 mm-dir) Hörmann kandarsız əl qapılar ayağın ilişməyə riskini azaldır və kiçik arabaların keçirməsini asanlaşdırır.
2 sensorlu VL2 qabaqlayıcı işıq sensoru ilə təhciz olunmuş motorlu qapıları maniəyə toxunmadan əks istiqamətdə hərəkət edir. Əl qapısının kontaktı qapının açılmasını yalnız əl qapısı bağlı oldugda mümkün edir.
Kandarın nizamlanan profili yastı konstruksiyasına baxmayaraq döşəmənin kiçik əyriliklərini düzəldir və qapının aşağı kənarının optimal kipləşməsini təmin edir (yuxarıda sağdakı fotoya bax).
Kandarsız əl qapılı, eni 5500 mm-ə qədər olan Hörmann qaraj qapısı müəyyən şəraitdə təxliyə çıxış kimi istifadə edilə bilər.
Artıq qaraj qapısı olan binalardakı xarici tərtibatın eyniliyini saxlamaq üçün Sizə əvvəlki kimi kandarsız kiçik qapı təklif edirik.
Kandarsız kiçik qapılar və yan qapılar haqqında əlavə məlumatı kataloqlardan tapa bilərsiniz.
Qiymətdə heç bir əlavə etmədən işıq səddinin quraşdırılması
WA 400 və ya ITO 400 motorlu seksiyalı Hörmann sənaye qapıları tamamlayıcı çevrənin optik sensorlu qoruyucusu ilə təchiz edilmişdir. Tamamlayıcı çevrənin kontaktsız idarə olunması üçün siz həmçinin əlavə pul ödəmədən VL1 işıq səddini də sifariş verə bilərsiniz. Əlavə olaraq HLG işıq barmaqlığı təklif olunur. Bu texniki həllər yüksək dərəcəli təhlükəsizlik, qapıların sürətli hərəkət etməsini və texniki xidmətə çəkilən xərclərin az olmasına gətirib çıxarır.