www.azen.az
Şlüz tamburlar
Əsas səhifə >   Şlüz tamburlar

Şlüz tambur hər tərəfli etibarlı müdafiədir

 

Şlüz tambur anqarın/sexin önündə qurulur. Bu o deməkdir ki, anqarı bayır divara qədər tam istifadə etmək olar. Anqarda daxili estakada qurmaq, və ya ona yaxınlaşmaq imkanı olmadıqda Hörmann şlüz tamburları həmişə uğurlu həlldir.

Şlüz tamburlar yükləmə rampali platformadan, örtüklü tamburdan, eləcə də qapı hermetizatorlardan ibarət olan kompleks sistemidir.

Temperaturun dəyişmələrinə həssas olan mal saxlanılan yerlərdə termoizalyasiyası sənaye qapıları ilə kombinasiya edilmiş Hörmann şlüz tamburlarının istifadə edilməsi məsləhət görülür. Yük maşınları istər 90˚ altında, istərsə də istiqamətini yana dəyişdirərək iti bucaq altında platformaya birləşə bilər.

Daha təfsilatlı məlumatı kataloqdan tapa bilərsiniz


Hörmann yükləmə texnikaların üstünlükləri

Möhkəm yükləmə körpüləri

 

Etibarlılıq və keyfiyyət əl-ələ gedir. Yükləmə körpüləri sıx qrafikli işə davam gətirməlidirlər. Ona görə də onların bütün komponentləri yüksək keyfiyyətli materiallardan hazırlanır.

Hər bir yükləmə körpüsü EN 1398 standartının bütün tələblərinə cavab verir və böyük yükgötürmə qabiliyyətinə malikdir. Xüsusi möhkəm yastı ankerlər binanın gövdəsinə etibarlı bağlanır. Bu isə qurğunun uzunmüddətli olmağının əsas şərtidir.

Qənaətli şlüz-tamburlar

 

Şlüz-tambur sayəsində yükləmə körpüsü birbaşa anbar binasının qarşısında quraşdırılır.

Beləliklə, sənaye qapısının anbar və ya sex qapı oyuğunu enerji qənaətli bağlaması həyata keçirilir. Hörmann şirkətinin şlüz-tamburları üçün statik göstəricilər toplusu sifariş mərhələsində verilir. Bu statik göstəricilərə külək və qar yükünün maksimal mümkün qiyməti daxildir.

Nizamlanan dayaqlar döşəmənin nahamarlıqlarını asanca tənzimləyirlər. 

Hörmann qapı hermetizatorları yükləri pis havanın təsirindən müdafiə edir, yel çəkmə və onunla əlaqədar olaraq personala soyuq dəyməni və iş vaxtının itkisini kənar edir və enerji sərfinə qənaət edir. Yükləmə rampaları ilə kombinasiya edildikdə günlüklərə və rampaya bitişdirilmələrə ehtiyac aradan qalxır.

Tentli qapı hermetizatorlar bütün ölçülərdə yük maşınları üçün yararlı olduğuna görə universaldır. Sinklənmiş ramanın üzərində quraşdırılan yüksək keyfiyyətli yuxarı və yan tentlər stabil, əyilgən və cırılmaya qarşı möhkəm konstruksiya yaradır. Tent və ramanın detalları bir-biri ilə vintlərlə birləşdirilmiş ayrı-ayrı elementlərdən hazırlanmişdir. Ona görə də, hər hansı elementin dəyişdirilməsi cox sadədir və cox sərfiyyat tələb etmir. Körüklü qapı hermetizatorlar və qeyri standart vəziyyətlər üçün yastıqlı qapı hermetizatorlar geniş hermetizatorların proqramını ideal surətdə tamamlayır.

Daha təfsilatlı məlumatı kataloqdan tapa bilərsiniz.

Совместимые системы управления