www.azen.az
Yükləmə rampaları
Əsas səhifə >   Yükləmə rampaları

Dönən və ya irələyən apparelli yükləmə rampaları

Hörmann yükləmə rampaları yük maşını və yük platformasının səviyyələrini bərabərləşdirən yükün maneəsiz yüklənmə/boşaldılması üçün ətraflı düşünülmüş həlldir və beləliklə də, hər iki proses üfuqi istiqamıtdə keçir.

Burulmaya qarşı möhkəm platformalı polad konstruksiya yük maşınının taraz yüklənmədikdə yana əyilməsini düzəldir.

Qaldırıcı mexanizmin 2 silindrindən və apparelin 1 silindrindən ibarət olan etibarlı hidravlika hər bir vəziyyət üçün yararlıdır, mürəkkəb texniki xidmət tələb etmir və təhlükəsizlik normalarına uyğundur. Bütün yükləmə rampaları avtomatik qəza klapanları ilə təchiz edilmişdir, bu klapanlar qaldırıcı mexanizmin silindrlərində yerləşir. Onlar qəza zamanı dərhal isə düşür və bədbaxt hadisədən sıgortalayır. Avtomobillərin yüklü olan rampanı tez tərk etməsi zamanı bu çox önəmlidir.

Hörmann şirkəti hər bir vəziyyətdə yükləmə-boşaltma üçün optimal həll təklif edir. Təfsilatlı məsləhət üçün lütfən, Hörmann yükləmə texnikası üzrə mütəxəssislərə müraciət edin.

Daha təfsilatlı məlumatı kataloqdan tapa bilərsiniz.


Hormann yükləmə texnikaların üstünlükləri

Möhkəm yükləmə körpüləri

 

Etibarlılıq və keyfiyyət əl-ələ gedir. Yükləmə körpüləri sıx qrafikli işə davam gətirməlidirlər. Ona görə də onların bütün komponentləri yüksək keyfiyyətli materiallardan hazırlanır.

Hər bir yükləmə körpüsü EN 1398 standartının bütün tələblərinə cavab verir və böyük yükgötürmə qabiliyyətinə malikdir. Xüsusi möhkəm yastı ankerlər binanın gövdəsinə etibarlı bağlanır. Bu isə qurğunun uzunmüddətli olmağının əsas şərtidir.

 

Qənaətli şlüz-tamburlar

 

Şlüz-tambur sayəsində yükləmə körpüsü birbaşa anbar binasının qarşısında quraşdırılır.

Beləliklə, sənaye qapısının anbar və ya sex qapı oyuğunu enerji qənaətli bağlaması həyata keçirilir. Hörmann şirkətinin şlüz-tamburları üçün statik göstəricilər toplusu sifariş mərhələsində verilir. Bu statik göstəricilərə külək və qar yükünün maksimal mümkün qiyməti daxildir.

 

Nizamlanan dayaqlar döşəmənin nahamarlıqlarını asanca tənzimləyirlər. 

Hörmann qapı hermetizatorları yükləri pis havanın təsirindən müdafiə edir, yel çəkmə və onunla əlaqədar olaraq personala soyuq dəyməni və iş vaxtının itkisini kənar edir və enerji sərfinə qənaət edir. Yükləmə rampaları ilə kombinasiya edildikdə günlüklərə və rampaya bitişdirilmələrə ehtiyac aradan qalxır.

Tentli qapı hermetizatorlar bütün ölçülərdə yük maşınları üçün yararlı olduğuna görə universaldır. Sinklənmiş ramanın üzərində quraşdırılan yüksək keyfiyyətli yuxarı və yan tentlər stabil, əyilgən və cırılmaya qarşı möhkəm konstruksiya yaradır. Tent və ramanın detalları bir-biri ilə vintlərlə birləşdirilmiş ayrı-ayrı elementlərdən hazırlanmişdir. Ona görə də, hər hansı elementin dəyişdirilməsi cox sadədir və cox sərfiyyat tələb etmir. Körüklü qapı hermetizatorlar və qeyri standart vəziyyətlər üçün yastıqlı qapı hermetizatorlar geniş hermetizatorların proqramını ideal surətdə tamamlayır.

Daha təfsilatlı məlumatı kataloqdan tapa bilərsiniz.

Uyğun idarəetmə sistemləri