Haqqımızda
"AZEN Co." şirkəti 1998-ci ildə təsis edilmişdir. Öz fəaliyyətini rolletlərin qurmasından başlayaraq, sonralar bu şirkət Azərbaycana qaraj və sənaye qapılarının təchizinə və giriş sisteminin avtomatlaşdırılmasına keçmişdir. 2000-ci ildən etibarən biz bu sahədə Hörmann VKG (Almaniya) konserninin rəsmi partnyoruyuq. Hörmann qaraj və sənaye qapılarının, motorların, müxtəlif təyinatlı qapı çərçivələrinin və qapıların və eləcə də yükləmə texnikasının Avropada ən böyük istehsalçısı və təchiz edənidir. Korporativ fəlsəfənin əsası innovasiyalar şüarı altında illər boyu əldə edilmiş təcrübə, zəmanətli keyfiyyət və sifarişçilərin tələbatlarına istiqamət götürmədir. Banisi cənab August Hörmann olan Hörmann konsernini hazırda nəvəsi cənab Thomas J. Hörmann və nəticələri cənab Martin J. Hörmann və cənab Christof J. Hörmann idarə edirlər, yəni üçüncü və dördüncü nəsillər.
Uzun illər ərzində Hörmann şirkəti ilə əməkdaşlıq bizə bu sahədə cox böyük təcrübə toplama imkanı vermişdır və biz də mürəkkəbliyindən asılı olmayaraq hər bir layihənin həyata keçirilməsində bu təcrübədən müvəffəqiyyətlə istifadə edirik. Hörmannın yüksək keyfiyyət standartları sayı ildən ilə coxalan müştərilər tərəfindən haqlı olaraq tanınmışdır.

İnnovativ məhsullar
Hörmann müəssisəsinin tarixi ötən əsrin 50-ci illərində yeni tipli “Berry” qaldırılan-döndərilən qaraj qapılarının istehsalından hesablanır. Şaquli açılan yerə qənaətli seksiyalı qaraj, eləcə də sənaye qapılarının layihələndirilməsi və istehsalı 60-cı illərdə gələcək inkişafının təməlini qoymuşdur. Məhsulların çeşidi daim artmaqdadır. Bu gün bu çeşidə, klassika adlandıra biləcəyimiz adıçəkilən qapılarla birgə seksiyalı qaraj, sənaye, seksiyalı sənaye, rulonlu, yığılan, odadavamlı, sürətli, giriş və daxili qapılar, qapı motorları, idarəetmə blokları, eləcə də yükləmə texnikası sistemləri, oda və tüstüyə davamlı arakəsmələr, günlüklər və çərçivələr daxildir.

Beynəlxalq inkişaf
Hörmann şirkəti Avropanın aparıcı qapı istehsalçısıdır. Şirkətinin təsis edildiyi 1935-ci ildən bu günədək 15 milyon qapı istehsal olunub. Onun, Avropa, Asiya və Şimalı Amerikada yerləşən 26 ixtisaslaşmış zavodunda 6000-dən çox əməkdaşı özəl və sənaye sektorlarında istifadə olunacaq yüksək keyfiyyətli qapılar, çərçivələr və motorlar istehsal edir. Beynəlxalq Hörmann şirkətinin baş ofisi Ştaynxaqen şəhərciyində yerləşir. Nəhayət ki, ailə müəssisəsi öz illik dövriyyəsini 1 milyard avroya çatdırdı. Dünyanın 30-dan çox ölkəsində 80-dən çox nümayəndəliyin, eləcə də 35 ölkəsində yüzlərlə distributorun fəaliyyət göstərməsi, şirkətin öz müştərilərinə yaxın olmasını təmin edir.

Sosial və mədəni layihələr
Öz üzərinə sosial öhdəliklər götürmüş Hörmann şirkəti, xroniki xəstə və məhdud imkanlı insanlara yardım edən ictimai təşkilat və fondlara ənənəvi olaraq öz maliyyə dəstəyini göstərir.
Hörmann şirkətinin dəstəklədiyi əvvəlki və indiki layihələrlə siz, alman və ingilis dillərində www.AmHerzen.de internet saytında tanış ola bilərsiniz.
Hörmann Group

Hörmann KG Amshausen, Almaniya
Berry qaraj qapılari

Hörmann KG Antriebstechnik, Almaniya
Qaraj qapıların motorları və idarəetmə blokları

Hörmann KG Brandis, Almaniya
Polad qapılar, daxili qapılar, çox funksiyalı qapılar

Hörmann KG Brockhagen, Almaniya
Seksiyalı qapılar

Hörmann KG Dissen, Almaniya
Rulon qapılar və şəbəkələr

Hörmann KG Eckelhausen, Almaniya
Giriş qapılar, günlüklər, odadavamlı qapılar

Hörmann KG Freisen, Германия
Odadavamlı qapılar, səs və tüstü keçirməyən, çoxfunksiyalı qapılar

Hörmann KG Ichtershausen, Almaniya
Seksiyalı qaraj qapılar

Hörmann KG Werne, Almaniya
Qapı çərçivələr

ALUKON KG, Konradsreuth, Almaniya

Seuster KG, Lüdenscheid, Almaniya
Sürətli qapılar

Berner Torantriebe KG, Rottenburg, Almaniya
Motorlar

HUGA Hubert Gaisendrees KG, Gütersloh, Almaniya
Taxta qapılar

Schörghuber Spezialtüren KG, Ampfing, Almaniya
Taxta qapılar

Hörmann Alkmaar B.V., Netherlands
Yükləmə texnologiyarı

Hörmann Legnica Sp. zo.o., Polsha
Yükləmə körpüləri, kollektiv qarajlar üçün qapılar

Tortec Brandschutztor GmbH, Wolfsegg, Avstriya
Odadavamlı və paslanmaz poladdan qapılar

Garador Ltd., Yeovil, UK

IG Doors Ltd., Cwmbran, UK
Polad giriş qapıları

Tubauto SAS, Sens, France

Hörmann Flexon LLC, Burgettstown, PA, США
Sürətli qapılar

Hörmann LLC, Montgomery, IL, США
Qaraj və sənaye seksiyalı qapılar

Northwest Door Inc., Puyallup, WA, США
Seksiyalı qapılar
