www.azen.az
Qaraj qapısını necə seçmək lazımdır?
Əsas səhifə >   Qaraj qapısını necə seçmək lazımdır?

Qaraj qapısını necə seçmək lazımdır?

Hazırda təhlükəsizlik və əmlakın qorunması olduqca aktualdır. Avtomobil və onun içərisindəki əşyaların təhlükəsizliyi birbaşa qaraj qapısından asılıdır. Ona görə də, bu qapıları xüsusi diqqətlə və vacib göstəricilərə fikir verməklə seçmək lazımdır.

Müasir qaraj qapılarının etibarlılığı materialın qalınlığından və kilid sayından asılı deyil. Son illər təqdim olunan qaraj qapıları gözəl dizaynla seçilir. Əgər qarajınız evinizə bitişikdirsə, o zaman qaraj qapısı evinizin dizaynına əlavə gözəllik bexş edə bilər.

Bu gün bazarda kifayət qədər fərqli qaraj qapıları növləri təqdim olunub.  Hərdən seçim etmək çətin olur, hansı qapının məhz sizə uyğun olduğunu anlamaq heç də asan olmur. Bu məqalədə müasir qaraj qapılarının vacib göstəriciləri və seçiminizə təsir edə biləcək amillər haqda danışacağıq. 

Qaraj qapılarının növləri: 

Əvvəlcə bazarda təklif edilən qaraj qapılarına nəzər salaq. Qaraj üçün aşağıdakı qapı növləri mövcuddur:

  1. Taylı qapılar;
  2. Yana sürüşən qapılar;
  3. Rulon qapılar;
  4. Qalxıb-dönən qapılar;
  5. Seksiyalı qapılar. 

Taylı qapılar uzun illərdir təklif edilən həllər sırasına daxildir.  Bu cür qapılar açılarkən çox yer tutur və onların termoizolyasiyasını və kipliyini (hermetikliyini) artırmaq çətindir. Bu səbəbdən onlar zamanla daha məqsədəuyğun və aktual qapılarla əvəz olunur.

Taylı qapılardan fərqli olaraq yana sürüşən qapılar daha aktualdır. Bu qapıların açılma texologiyasının əsasını betona bərkidilmiş təkərlər üzərində hərəkət edən metal konstruksiya təşkil edir. Bu həll qaraj daxilində boş əraziyə qənaət edir. Onun çatışmazlığı da var - montaj üçün divar boyu boş yerin tələb olunması və hermetikliyi təmin edə bilməməsi.  

Rulon qapılar qənaətli variantlardan hesab olunur. Bu qapıların açılma texnologiyası jalüzləri xatırlatdığından bir çoxları onları «jalüz qapıları» adlandırır. Bu cür qapı az yer tutur və əlavə olaraq elektrik motorla təchiz oluna bilər.

Qalxıb-dönən qapılar etibarlılığı əla təmin edir. Lakin bu qapılar da çox yer tutur. Qalxıb-dönən qapılar açılarkən şaquli vəziyyətdən üfuqiyə keçən bütov metal müstəvidən ibarətdir.  Bu cür qapılar amortizator və dempferlə təchiz olunur. 

Nəhayət keçək satış statistikasına görə ən populyar seksiyalı qapılara. Bu qapılar pərdəsi bir-birinə oynaqla bərkidilmiş sərt PU dolğulu polad sendviçlərdən ibarət olur. Bu cür qapılar yüksək  etibarlılıq, istilik, küləyə davamlılıq və səs izolyasiyasını təmin edir.  Seksiyalı qapılar ekoloji təmiz və təhlükəsiz materiallardan hazırlanır.  Onlar çox yer tutmurlar və ümumilikdə balanslaşdırılmış həll hesab olunurlar. 

Hörmann qaraj qapıları 

Bizim mütəxəssislərimiz hesab edir ki ən yaxşı seçim seksiyalı qapılardı. Əgər onlar sizə hansısa səbəbdən uyğun gəlmirsə, digər əla təkliflərimiz də mövcuddur. 

Hörmann-ın  təklif etdiyi qaraj qapıları: 

Seksiyalı qapılar — qarajın qarşısında və daxilində boş yerə qənaət edən müasir həllər sırasına daxildi; istənilən qaraja uyğundur, rekonstruksiya və modernizasiya zamanı geniş istifadə olunur.

Qalxıb-dönən Berry qapıları — ötən əsrin 50-ci illərində kəşf edilən və Hörmann brendini dünyaya tanıdan qapılar vaxtla sınanmış, etibarlı və rahat həll kimi indi də öz aktuallığını itirmir.

RollMatic rulon qapıları istifadə rahatlığı və etibarlılığı ilə seçilir. 

Bizə müraciət edin və mütəxəssislərimiz bütün məsələlərdə, sifarişin qəbul olunmasından başlayaraq, çatdırılma və qapıların quraşdırılmasınadək sizə yardım edəcəklər. Hörmanın Azərbaycanda rəsmi distribyutoru AZEN Co. müraciət edin - əmlakınızın təhlükəsizliyini təmin edin!