Hörmann qapılarını seçmək üçün 10 səbəb
«Qaraj qapılarını necə seçmək lazımdır?» məqaləsində biz qapı seçərkən nəyə diqqət etmək lazım olduğu haqda məlumat vermişdik. Bu məqalədə isə niyə məhz Hörmann məhsullarının düzgün seçim olduğunu diqqətinizə çatdıracağıq.
Qaraj qapısı seçərkən unutmayın - ucuz qiymətin bəxş etdiyi sevinc hissi keyfiyyətsiz məhsulun yaratdığı narahatçılıqdan qısa olur. Qeyd etmək lazımdır ki, Hörmann şirkəti üçün qiymət yox, keyfiyyət prioritetdir.
Hörmann qapılarını seçməyə əsas səbəb - Avropa keyfiyyətidir. Hörmann şirkətinin qapılarının və motorlarının bütün hissələri bu şirkətə məxsus yüksək səviyyədə ixtisaslaşmış zavodlarda layihələndirilir və istehsal olunur. Onlar bir-birlərinə uyğunlaşdırılır, sizin təhlükəsizliyiniz üçün sınaqdan keçirilir və müstəqil təşkilatlar tərəfindən sertifikatlaşdırılır. Qapılar Almaniyada DIN ISO 9001 - keyfiyyətin idarə olunması sisteminə uyğun olaraq hazırlanır və 13241-1 Avropa standartının bütün tələblərinə cavab verir. Bununla yanaşı, yüksək ixtisaslı əməkdaşlar təqdim edilən məhsulların təkmilləşdirilməsi və yeni məhsulların yaradılması üzərində intensiv işləyirlər.
2. Mükəmməl görünüş. Qapıların istehsalında istifadə olunan yüksək keyfiyyətli xammal korroziyaya (paslanmaya) davamlıdır. Eyni zamanda xüsusi mühəndis həlləri də qapıların cəlbedici görünüşünü üzun illər ərzində təmin edir. Bundan əlavə Hörmann qaraj qapılarının seksiyaları ideal bərabərlik və eyni hündürlüyü ilə fərqlənir. Şirkətin Almaniyadakı zavodlarında quraşdırılan avadanlığın yüksək dəqiqliyi sayəsində panellər həndəsəvi bərabərliklə hazırlanır. Buna görə də bağlı olan zaman qapıların panelləri arasında keçidlər nəzərə çarpmır.
3. Effektiv istilik izolyasiyası. Qaraj evin bir hissəsi olduqda daha yaxşı istilik izolyasiyasına malik qaraj qapıları tövsiyə olunur. Hörmann texnologiyaları bu məsələnin də öhdəsindən gəlir. ThermoFrame qurğusu qapı istiqamətləndiriciləri ilə birlikdə asanlıqla quraşdırılan qara rəngli plastik profildən ibarətdir. Bu profil istiqamətləndiricilərin çərçivəsi ilə kərpic divar arasında termik ayrılmanı təmin edir və bununla da istilik izolyasiyasını 15% yaxşılaşdırılır. Bu sadə, lakin effektiv həll istilik xərclərini azaltmağa imkan verir.
4. Kandarsız yan qapı. Əsaslı düşünülmüş mühəndis həlləri Hörmann qapılarının istismarını bir az da asanlaşdırır. Qaraj qapısında quraşdırılan kandarsız giriş qapısı onlardan biridir. 1 sm hündürlüyü olan kandar paslanmaz poladdan hazırlanır. Bu həllin üstünlüyü istənilən avadanlığı əlavə güc tətbiq etmədən qarajdan çıxarmağın mümkün olmasıdır. Məsələm, alçaq kandar sayəsində uşaqlarınız qarajdan velosipedlərini özləri, onu qaldırmadan çıxara bilərlər.
5. Sındırılmadan etibarlı mühafizə. Hörmann avtomatik qaraj qapıları sındırılmadan etibarlı mühafizəyə malikdir. Qapı bağlandıqda məcburi açılmadan qoruma qurğusu istiqamətləndirici haşiyəyə avtomatik daxil olur və kilidlənir. Qapı etibarlı bağlanır və çöl tərəfdən onu qaldırmaq mümkün deyil. Eyni zamanda qapının bağlanması mexaniki olaraq həyata keçirilir. Beləliklə, qapınızın bağlanması elektrik enerjisinin verilməsindən asılı olmur (digər istehsalçıların qapılarından fərqli olaraq). Bu isə əlavə üstünlük və rahatlıq deməkdir.
6. Fərdi təchizat. Qaraj qapıları RAL rəng çeşidlərində (ağ, qara, antrasit), ağac fakturalı qızılı polad və tündü polad, enli və ensiz qofrla, hamar və strukturlu səth ilə təklif olunur. Hər qapı üçün fərdi şəkildə motor, uzaqdan idarəetmə və stasionar cihazlar seçmək olar.
7. Detallara diqqət. Qapıların mükəmməl xarici görünüşü bir sıra xırda detallar sayəsində əldə olunur. Qaraj qapılarının bütün komponentləri bir biri ilə ideal uyğunlaşır və kostruksiyaya tamamlanmış görünüş bəxş edir. Əlavə detallara ehtiyac yoxdur, Hörmann qapılarınız sizi hər zaman sevindirsin deyə bütün lazım olanları təklif edir.
8. İnnovativ texnologiyalar. Müasir evləri yüksəktexnoloji avtomatlaşdırılmış sistemlərsiz təsəvvür etmək mümkün deyil. Avtomatik qapıların etibarlı idarəedilməsi evinizin təhlükəsizliyini təmin edərək sizə rahatlıq bəxş edir. Hörmann-ın radiosistemi siqnalın etibarlı kodlaşdırılması ilə fərqlənir ki, bu da kənardan müdaxiləni istisna edir. Qaraj qapısının vəziyyətinin təyin edilməsi funksiyası isə Sizə yerinizdən qalxmadan qapıların bağlı olub-olmamasını yoxlamağa imkan verir.
9. Qapıların təhlükəsiz istismarı. Qapıların istismarı zamanı sizin və ailənizin, əsasən də uşaqlarınızın təhlükəsizliyi Hörmann şirkəti üçün prioritetdir. Xüsusi mühəndis həlləri tətbiqi sayəsində siz əmin ola bilərsiniz ki, qapılar sizin və ya avtomobilinizin üzərinə düşməyəcək. Düşünülmüş qapı həndəsəsi və gizli hərəkətli elementlər barmaqlarınızın təhlükəsizliyini qoruyur. Hörmann qaraj qapıları 13241-1 Avropa təhlükəsizlik standartına üyğun yoxlanılıb və sertifikatlaşdırılıb. Daha təhlükəsiz qapı bazarda mövcud deyil!
10. Uzaqqdan idarəetmə pultlarının zərif dizaynı. Hörmann-ın bütün məhsulları nəyinki peşəkar mühəndislər tərəfindən həmçinin, dizaynerlər tərəfindən əsaslı işlənilir. Məsələm Uzaqqdan idarəetmə pultları cəlbedici xarici görünüşü ilə fərqlənir. Bu pultlar sənaye dizaynı sahəsində olan nüfuzlu «Reddot design award» mükafatına layiq görülüb.