www.azen.az
Alüminiumdan hazırlanmiş giriş qapıları
Əsas səhifə >   Alüminiumdan hazırlanmiş giriş qapıları
Alüminiumdan hazırlanmış giriş qapıları
Alüminiumdan hazırlanmış giriş qapıları

PDF formatında yüklə



Alüminium giriş qapıları - nəfis dizayn və effektli istilik izolyasiyası

Alüminiumdan hazırlanmış giriş qapıları - nəfis dizayn və effektli istilik izolyasiyası

Sizin yeni giriş qapınız xüsusi olmalıdır. O, evinizin görünüşü ilə ahəng təşkil etməli və evinizin vizit kartına çevrilməlidir. Lakin bununla yanaşı, sizin giriş qapınız yüksək təhlükəsizlik tələblərinə uyğun olmalıdır. Qapınız istilik izolyasıyası da yüksək göstəricilərınə malik olmalıdır ki, onun sayəsində elektrik enerji xərclərinin azaldılmasına şərait yaradılsın. ThermoSafe və ThermoCarbon alüminium giriş qapıları istəyinizdən asılı olaraq müxtəlif elementlərlə təchiz oluna bilərlər.

Hər şey alüminium xeyrinə danışır! Çünki alüminium qapıları plastmas və taxta qapılardan bir sıra göstəricilərlə üstündürlər.

Üstünlükləri:

Effektli istilik izolyasiyası

Yüksək dərəcəli təhlükəsizlik

Yüksək dərəcəli səs izolyasiyası

Yüksək dərəcəli davamlılıq

Rəngləməyə ehtiyacın olmaması

Hətta illər keçdikdə belə alüminium qapılar təzə kimi görünür. Bundan əlavə, onların təchizat və dizayn edilməsində seçim çox böyükdür.

ThermoSafe alüminium giriş qapısı

Evinizin səmərəli istilik izolyasiyasına və yüksək səviyyəli təhlükəsizliyə malik olmasını istəyirsinizsə, onda biz sizə ThermoSafe qapısını tövsiyə edirik. 73 mm qalınlıqlı qapı layına və 5-qat kilidlənmə xassəsi sayəsində yüksək dərəcəli təhlükəsizliyə malik bu qapı, enerjiyə qənaət etməkdə və evinizin təhlükəsizliyindən arxayın olmaqda sizə dəstək verəcək.

ThermoCarbon alüminium giriş qapısı

İstilik izolyasiyasının və təhlükəsizlik dərəcəsinin yüksək olmasına böyük önəm verirsiniz? Bu halda biz sizə istilik izolyasiyası əmsalı 0.47 Wt/(m2·К) olan ThermoCarbon alüminium giriş qapısını tövsiyə edirik. Qapının layı 100 mm qalınlığındadır, onun profili isə karbonla gücləndirilmişdir. Bu qapı passiv evlər üçün ideal seçimdir. 9-qat kilidlənmə xassəsinə malik bu qapı ən yüksək təhlükəsizlik dərəcəsini təklif edir.

Evinizə uyğun gələn qapını əldə etmək üçün, Hörmann şirkəti sizə çoxlu imkan yaradır. Hər bir giriş qapısı üçün ayrıca şüşə və rəng seçilir. Yan elementlərin və üst işıq pəncərələrinin seçilməsi də mümkündür.

Daha ətraflı məlumatı siz kataloqdan əldə edə bilərsiniz. Hörmann şirkətinin regional distributoru isə sizi fərdi qaydada yönəldəcək.


ThermoSafe / ThermoCarbon aluminium qapıların üstünlükləri

Hörmann şirkətinin giriş qapıları onun öz zavodlarnda layihəşdirilir və istehsal olunur. Yüksək ixtisaslı əməkdaşlar həm yeni məhsulların yaradılması, həm də istehsal olunan məhsulun ən xırda detalının belə təkmilləşdirilməsi və müasirləşdirlməsi üzərində işləyirlər. Bu işlərin nəticəsi yeni-yeni patentlər və bazarda aparıcı mövqedir. Hörmann şirkətinin məhsullarının real şəraitdə uzunmüddətli sınaqları qüsursuz keyfiyyətə zəmanət verir.

 

 Məhsulların həqiqi şəraitdə aparılan uzunmüddətli sınağı, keyfiyyətin Hörmann şirkətinin yüksək standartlarına uyğunluğuna zəmanət verir. Bunu nəzərə alaraq, Hörmann şirkəti ThermoCarbon, ThermoSafe və TopComfort  qapıları üçün sizə on, ThermoPlus üçün isə beş il zəmanət verir.

 

Hörmann şirkəti yaxşı nümunə göstərir. 2013-ci ildən başlayaraq bu müəssisənin elektrik enerji sərfinin 40%-ni ekoloji cəhətdən təmiz enerji təşkil edir və gələcəkdə bu göstəricinin artırılması gözlənilir. Bununla yanaşı, enerjinin "ağıllı" və sertifikatlaşdırılmış idarəetmə sisteminin tətbiqi sayəsində hər il tonlarla CO2-yə qənaət edilir. Hörmann şirkəti ekoloji tikinti məhsullarını da təklif edir. Hörmann şirkətinin ekoloji fəaliyyəti haqqında daha əraflı “Hörmann və ekologiya” kataloqundan öyrənin.

ThermoCarbon, ThermoSafe və ThermoPlus qapıları eksklüziv və çox nəfis görünüşə malikdirlər. Daxili və xarici tərəfdən bütöv olan zərif dizaynlı qapı layı ən tələbkar zövqə belə cavab verir. Bu qapıların xarici görünüşü daxili qapılarla ideal uyğunluq təşkil edir. ThermoCarbon qapılarının dəstinə daxil olan, ThermoSafe qapılarına isə əlavə edilə bilən gizli petlələr bu qapılar haqqında müsbət təsəvvür yaradır.

 

Bizim giriş qapıları ən yüksək səviyyəli istilik izolyasiyasına malik yeni nəsil giriş qapılarıdır. ThermoPlyus qapısının istilik izolyasiya əmsalının 0,87 Wt/ (м²·К) olması, bu qapının istilik saxlama qabiliyyətinin çox yüksək olmasından xəbər verir. ThermoSafe giriş qapısı da öz istilik saxlama qabiliyyəti ilə müsbət təsir bağışlayır. Onun istilik izolyasiyası əmsalı 0,8 Wt /(м²·К) civarındadır. Bu qapıların hər ikisi yeni EnEV 2014 qanununun tələblərinə cavab verir. Lakin ən yüksək istilik saxlama qabiliyyətinə bizim TermoCarbon qapıları malikdirlər. Onların istilik izolyasiyası əmsalı  0,47 Wt/ (м²·К) təşkil edir. Bu qapılar İFT Rosenheim institutu tərəfindən passiv evlər üçün ən yaxşı seçim kimi sertifikatlanmışdır. Şüşəli ThermoSafe və ThermoCarbon giriş qapıları texniki köpüklə doldurulur. Patentləşdirilmiş bu texniki üsul istilik izolyasiyasını artırır. Belə ki, texniki köpük şüşə ilə daha yaxşı təmasda olur və istiliyin itməsinə yol vermir.

Bizim qapılar təhlükəsizlik məsələlərində də yeni standartlar yaradır. Qapılarımızın hər biri çoxqat kilidləmə sisteminə malikdir. Petlə tərəfdən onlar məcburi açılmadan müdafiə olunublar. Sizin və ailənizin daha yaxşı müdafiə olunması üçün bizim qapılar əlavə sifarişlə RC sinifli təhlükəsizlik sistemi ilə təchiz olunur. RC4 sinifli təhlükəsizlik sistemi ilə təchiz olunmuş ThermoCarbon giriş qapısı təhlükəsizlik baxımından ən yaxşı qapı sayılır. Bizim qapıların sertifikatlaşdırılmış təhlükəsizlik sistemi Almaniya polisi tərəfindən tövsiyə olunmuşdur.

 

Hörmann şirkətinin qapıları bədbəxt hadisələrdən müdafiə məsələlərində də bütün tələblərə uyğundurlar. 8 mm qalınlığında təhlükəsiz çoxlaylı VSG şüşəsi xarici və daxili tərəfdən yüksək dərəcəli təhlükəsizliyi təmin edir. Şüşə sındıqda onun qəlpələri dağılmayaraq daxili plyonkaya yapışıb qalacaqlar. Beləliklə də onlar ətrafdakılara heç bir fiziki ziyan vurmayacaqlar. Bundan əlavə, təhlükəsiz çoxlaylı VSG şüşəsi təcavüzə qarşı yüksək təhlükəsizliklə xarakterizə olunur. 

Hörmann şirkətinin ThermoSafe və ThermoCarbon giriş qapılarının ECturn motoru daha artıq rahatlıq bəxş edən qabaqcıl texnika nümunəsidir. Bu motor asanlıqla məsafədən idarə etmə pultu və Hörmann şirkətini istehsalı olan BiSecur məsafədən idarə etmə elektrik açarı ilə idarə olunur. Bu qapıların vəziyyətinə istənilən zaman yerin istənilən nöqtəsindən BiSecur App əlavəsi vasitəsilə nəzarət etmək olar.

XXL ölçülü ThermoSafe və ThermoCarbon giriş qapıları girişin iri miqyaslı tərtibatına imkan verir və əlavə rahatlığı təmin edir. ThermoSafe motivinin hündürlüyü 2500 mm, ThermoCarbon motivinin hündürlüyü hətta 3000 mm olur.