www.azen.az
Rulon qapıları və rulon şəbəkələr
Əsas səhifə >   Rulon qapıları və rulon şəbəkələr
Rulon qapıları və rulon şəbəkələr
Rulon qapıları və rulon şəbəkələr

PDF formatında yüklə

Рулонные ворота и рулонные решетки - Classic
Рулонные ворота и рулонные решетки - Classic

PDF formatında yüklə

Рулонные ворота и рулонные решетки - SB, TGT и DD
Рулонные ворота и рулонные решетки - SB, TGT и DD

PDF formatında yüklə



Əlverişli, möhkəm və etibarlı

Alüminiumdən, poladdan və paslanmayan poladdan hazırlanmış Hörmann rulon qapı və şəbəkələri nisbətən az komponentli sadə konstruksiyasına görə iqtisadi baxımdan əlverişli həlldir. Qapı keçidinin bağlanılmasının bu variantı gündəlik istismar edildikdə bir daha öz effektivliyini sübut edir. Rulon qapı və şəbəkələri qapı keçidinin üstündə cox yer tələb etmir. Qapının qutusu riqelin arxasındakı valı yığcam örtür. Beləliklə də, yanlarda və tavanda dəyərli yer itmir.

Rulon qapı və şəbəkələrinin istehsalindakı yüksək ixtisaslaşdırılma adi standartları xeyli ötüb keçmişdir. Xüsusi, qeyri standart həllərin həyata keçirilməsi bizim yüksək dərəcəli komandamız üçün adi bir işə çevrilmişdir.

Daha təfsilatlı məlumatı kataloqdan və eləcə də quraşdırma üçün texniki məlumatdan tapa bilərsiniz.


Hormann rulon qapılarının və şəbəkələrin üstünlükləri

Zamanın sınağından çıxmış keyfiyyət

 

Dartılma yaylı qapılar əllə daha asan açılıb-bağlanırlar. Beləliklə, 6000*4500 mm ölçüsündə rulon qapılarının və rulon barmaqlıqların hərəkətə gətirilməsi üçün heç də böyük fiziki qüvvə tətbiq etmək lazım deyil. Rulon qapılarının və rulon barmaqlıqların dartılma yayı sistemi əlavə sifariş edilmiş motorla birgə qapı mexanizmlərinin və motorunun ehtiyatlı istismarını təmin edir.

 

Hissələrin bir-birinə tam uyğun gəlməsi

 

Rulon qapılarının və rulon barmaqlıqlarının nöqsansız işləməsi qapıların, motorların və idarə etmə bloklarının uyğunluğu sayəsində təmin olunur. Qapıların bütün hissələri eyni istehsalçı tərəfindən istehsal olunduğundan, bu hissələrin vəhdəti ahəngdar bir sistem kimi çox səmərəli fəaliyyət göstərir. Hörmann Rulon qapıları və rulon barmaqlıqları xüsusi keyfiyyət və uzun müddətli fəaliyyətlə xarakterizə olunurlar. Bundan əlavə, onlara texniki xidmətin göstərilməsi çox rahatdır.

SB rulon qapıları və rulon barmaqlıqları ilə birgə

 

WA 300 R S4 motoru ilə birgə qoşulan rulon qapıları və rulon barmaqlıqları açılıb-bağlanma prosesində yüksək dərəcəli təhlükəsizliyi təmin edirlər. DİN EN 12453 standartının tələblərinə cavab vermək üçün tətbiq olunan qüvvənin məhdudlaşdırılması qurğusu ilə təchiz edilmələri sayəsində müəyyən ölçülü qapılarda tamamlayıcı çevrənin qoruyucusuna ehtiyac qalmır.

ZAK sistemi rulonu konsolların üstündə hərəkətə gətirir və rulon qapısının pərdəsini dəqiq aparılmasını təmin edir, belə ki, o, yönəldici şinlərə həmişə şaquli şəkildə daxil olur.

ZAK sisteminin üstünlükləri.
- Rulon qapılarının pərdəsi ilə keçidin rigelinin arası kip bərkidilmişdir, qapı daha hermetikdir.
- Rulon qapılarının pərdəsinin yeyilməsi və sürtünməsi daha azdır, qapı daha uzun müddət ərzində ilkin xarici görünüşünü saxlayır.
- Hərəkət zamanı daha az səs.
- Birləşdirmə bəndinin sahəsində daha az yer tələb edilir.