www.azen.az
Odadavamlı yanasürüşən qapılar
Əsas səhifə >   Odadavamlı yanasürüşən qapılar
Paslanmaz poladdan yana sürüşən FST qapıları
Paslanmaz poladdan yana sürüşən FST qapıları

PDF formatında yüklə



Obyektlərin etibarlı müdafiəsi üçün odadavamlı Hörmann darvazaları

Yanğın yükü sinfindən asılı olaraq, Hörmann şirkəti bütün müəssisələrə, onlarda olan istismar şəraitinə uyğun olan bir və ikitaylı, keyfiyyətli, təhlükəsiz və etibarlı sürüşmə darvazalarını təklif edir. Bu odadavamlı darvazalar DIN 4102 standartına uyğun olaraq sınaqdan keçirilib və Almaniya inşaat texnikası institutu (Deutsches Institut für Bautechnik, DIBt) tərəfindən istismara buraxılıblar. Braunşveyqdə yerləşən tikinti materiallarının sınağı Labaratoriyası bu darvazaların keyfiyyətinə daim nəzarət edir. Etibarlı və təhlükəsiz çıxış və təxliyə yolları üçün nəzərdə tutulmuş odadavamlı tüstü keçirməyən sürüşmə darvazalar DİN 18095 uyğunluq sertifikatına malikdirlər. Biz bu darvazaların quraşdırılmasını tez-tez çox insan toplaşan zonalarda tövsiyə edirik. Bu zonalarda yanğın baş verən zaman insanların həyatına təhlükə yaradan zərərli tüstü və qazların yayılmasının qarşıının alınması gərəkdir. İnsanların, nəqliyyat vasitələrin, yüklü arabaların ərazini tez tərk etmələri üçün biz sizə əlavə təxliyə qapısı və ya çıxışı ilə təchiz edilmiş odadavamlı sürüşmə darvazalarını da təklif edirik. Daha ətraflı məlumatla siz kataloqda tanış ola bilərsiniz.