www.azen.az
Giriş qapılarının motorları
Əsas səhifə >   Giriş qapılarının motorları

Heyran edən komfort, əmin edən təhlükəısizlik

 

 

Sizin qapınızı ancaq məsafədən idarə edilən motoru ilə təchiz edildiyi halda “idarə edilməsi rahat qapı” adlandırmaq olar. Sizə lazım olan məhz budur. Əlbəttə, bu, hər hansı bir motoru yox, hər gün arxayın ola biləcəyiniz keyfiyyətli məmulat olmalıdır; Sizin yeni giriş qapınız (darvazanız) və ya hal-hazırdakı taybatay və yaxud yana açılan sıyırma qapınızın təchizatını tamamlamaq üçün.

Daha təfsilatlı məlumatı kataloqdan tapa bilərsiniz.


Hörmann motorların üstünlükləri

Dayanma avtomatikası

 

Hörmann qaraj qapısının motoru açıldıqda və bağlandıqda hərəkətin istənilən fazasında etibarlıdır. Qəfil maneəyə rast gəldikdə qapı ani olaraq dayanır. Əlavə təhlükəsizliyə işıq səddinin hesabına nail olunur. Bu işıq səddi qapının hərəkət ərazisində artıq obyektin olub-olmamasını kontaktsız təyin edir. Bu əlavə sədlər sizin qapınızın girişinə çox zərifcəsinə quraşdırıla bilər.

 

Səlis açılma və səlis bağlanma

 

Hörmann giriş qapılarının motorları Hörmann qapılarının səlis, etibarlı və səssiz hərəkət etmələrini təmin edir. Bu qapılar sıçrayışsız, səlis açılır. Bağlandıqda isə tədricən öz sürətlərini azaldırlar. Beləliklə, qapı və motor ehtiyatla istismar olunur, qonşular isə əlavə səs-küy olmadığına görə sizdən razı qalırlar.

Əla keyfiyyət

 

Hörmann qapıları ənənəvi olaraq möhkəmlik, etibarlılıq və əla keyfiyyətlə xarakterizə olunurlar. Keyfiyyətli və atmosfer təsirinə qarşı davamlı material motorun uzunömürlülüyünü təmin edir. Soyuq iqlimli regionlarda qızdırılma funksiyasına malik olan RotaMatic motorunu əldə etmək tövsiyə olunur.

Sınanmış etibar

 

Hörmann qaraj qapısının motoru açıldıqda və bağlandıqda hərəkətin istənilən fazasında etibarlıdır. Qapılar və onların quraşdırılma şəraiti DIN EN 13241-1 uyğun olaraq Almaniyanın texniki nəzarət orqanları (TÜV) tərəfindən sınanmış və sertifikatlaşdırılmışdır.

Eksklüziv məsafədən idarə olunma pultları

 

Laklanmış yeni BiSecur məsafədən idarə olunma pultları öz qara və ağ rəng ilə çox zərif görünüşə malik olurlar. Bundan əlavə, onlar əldə tutmaq çox rahatdır.

 

Yeni BiSecur Hörmann məsafədən idarə olunma pultunun eksklüziv dizaynı beynəlxalq münsiflər tərəfindən mükatlandırılmışdır.

 

Yuxarıdakı şəkil: əlavə altlıqlı HS 5 BS pultu.