www.azen.az
Qaraj qapıların motorları
Əsas səhifə >   Qaraj qapıların motorları

Eviniz üçün rahatlıq və təhlükəsizlik

Pis havada və ya gecə yarısı ancaq qarajı açmaq üçün maşından düşmək kimin xoşuna gələr? Hörmann qapılarının motorları olduğu halda Sizin üçün həmişə “yaşıl işıq” yanacaq, çünki Siz qarajın qapısını tez, rahat və etibarlı surətdə bilavasitə maşının içindən məsafədən idarəetmə pultu vasitəsi ilə aça bilərsiniz. Hörmann şirkəti müasir, yüksək texnologiyaya malik olan sürətli və rahat Supra Matic, münasib qiymətli Pro Matic motorlarını, və eləcə də elektrik mənbəyinə qoşulmamış qapı üçün Pro Matic Akku motorunu təklif edir.

Daha təfsilatlı məlumatı kataloqdan tapa bilərsiniz.


Hörmann motorların üstünlükləri

Məcburi açılmadan müdafiə

 

Təcavüzkarlar heç cür sizin avtomatik Hörmann qapınızı aça bilməzlər: qapı bağlanan kimi məcburi açılmadan qoruma qurğusu istiqamətləndirici haşiyəyə avtomatik olaraq daxil olur.  Qapı etibarlı bağlanır və bayırdan onu qaldırmaq mümkün deyil. Qapının bağlanması mexaniki olaraq həyata keçirilir. Beləliklə, qapınızın bağlanması elektrik enerjisinin verilməsindən asılı olmur (digər istehsalçıların qapılarından fərqli olaraq). Bu isə əlavə rahatlıq deməkdir.

Dayanma avtomatikası

 

Qapının etibarlı avtomatik dayanma sistemi onun qəfil maneə yarandıqda ani olaraq dayanmasını təmin edir. Əlavə təhlükəsizlik və müdafiə üçün, biz kontaktsız işıq səddinin quraşdırmasını tövsiyə edirik. Bu element Hörmann SupraMatic P motorunun standart dəstinə daxildir.

 

 

Səlis açılma və səlis bağlanma

 

Qapınız səlis və səssiz açılıb-bağlanır. Qapınızın açılma və bağlanma fazalarının tənzimlənməsi fərdi qaydada həyata keçirilə bilər. Bu, qaraj qapınızın uzun illər işləməsini təmin edir.

SupraMatic motoru 

SupraMatic motoru sizə Hörmann qapısını daha sürətli və daha təhlükəsiz açmağa imkan verir. Açılma sürətinin 50% artırılması təhlükəsizliyin daha da artırılmasına və işlək qapıların qarşısında yaranan növbələrin qısaldılmasına gətirir. Qapıların Supramatic motoru ilə və adi motorla açılma sürətini müqayisə edin. 

Əks rabitəli radiotexnologiya sayəsində əldə edilən rahatlıq və etibarlılıq

 

Qapının bağlı olub olmamadığını bilmək üçün daha evdən çıxmaq lazım deyil. HS 5 BS pultundakı düyməni sıxmaqla siz işıq diodunun rəngindən öz qaraj qapınızın açıq ya bağlı olduğunu biləcəksiniz. Ehtiyac yaranarsa, siz düyməni təkrar sıxmaqla qaraj qapısını bağlaya bilərsiniz.

Sınanmış etibarlılıq

 

Hörmann qaraj qapılarının motorları seksiyalı Hörmann qaraj qapılarına tam uyğun gəlir. Bu motorlar “Qaraj qapıların kənar müdaxilədən qorunması” direktivinə uyğun olaraq Almaniyanın texniki nəzarət orqanları (TUV Nord) tərəfindən sınaqdan keçirilmiş və sertifikatlaşdırılmışdır. 

Eksklüziv məsafədən idarə olunma pultları

 

Laklanmış yeni BiSecur məsafədən idarə olunma pultları öz qara və ağ rəng ilə çox zərif görünüşə malik olurlar. Bundan əlavə, onlar əldə tutmaq çox rahatdır.

 

Yeni BiSecur Hörmann məsafədən idarə olunma pultunun eksklüziv dizaynı beynəlxalq münsiflər tərəfindən mükatlandırılmışdır.

 

Yuxarıdakı şəkil: əlavə altlıqlı HS 5 BS pultu.