www.azen.az
Seksiyalı qaraj qapıları
Əsas səhifə >   Seksiyalı qaraj qapıları

Arzuladığınız qapılar Hörmann şirkətinin ən yüksək keyfiyyət standartlarına uyğun hazırlanmışdır

Beləliklə də, Siz qarajın içində və önündə əlavə konstruksiyalardan azad yer qazanmış olursunuz, qarajın keçidi isə tamamilə boş qalır. Seksiyalı qapılar hər cür qapı keçidində quraşdırılmaq üçün: kvadrat  və ya çəp, seqment və ya yarımdairəvi tağ keçidlər üçün. Ona görə də, bu qapılar yenidən qurma üçün ideal şəkildə uyğundur.

Daha təfsilatlı məlumatı kataloqdan tapa bilərsiniz.


Hörmann qaraj qapılarının üstünlükləri

Hörmann şirkətinin qapılarının və motorlarının bütün komponentləri bu şirkətə məxsus yüksək dərəcədə ixtisaslaşmış zavodlarda layihələndirilir və istehsal olunurlar. Onlar bir-birlərinə uyğunlaşdırılır, sizin təhlükəsizliyiniz üçün sınaqdan keçirilir və müstəqil təşkilatlar tərəfindən sertifikatlaşdırılırlar. Onlar Almaniyada DIN ISO 9001 keyfiyyətin idarə olunması sisteminə uyğun olaraq hazırlanır və 13241-1 Avropa standartının bütün tələblərinə cavab verirlər. Bununla yanaşı, yüksək ixtisaslı əməkdaşlar buraxılan məhsulların təkmilləşdirilməsi və yeni məhsulların yaradılması üzərində intensiv işləyirlər. Nəticə isə bazarda unikal məhsul və qazanılmış patentlər olur.

Məhsulların həqiqi şəraitdə aparılan uzunmüddətli sınağı, keyfiyyətin Hörmann şirkətinin yüksək standartlarına uyğunluğuna zəmanət verir. Bunu nəzərə alaraq, Hörmann şirkəti qaraj qapıları üçün sizə on, motorlar üçün isə beş il zəmanət verir.

 

Zəmanətin şərtləri ilə daha ətraflı siz www.hoermann.com saytında tanış ola bilərsiniz.

Hörmann şirkəti yaxşı nümunə göstərir.  2013-ci ildən başlayaraq bu müəssisənin elektrik enerji sərfinin 40%-ni ekoloji cəhətdən təmiz enerji təşkil edir və gələcəkdə bu göstəricinin artırılması gözlənilir. Bununla yanaşı, enerjinin "ağıllı" və sertifikatlaşdırılmış idarəetmə sisteminin tətbiqi sayəsində hər il tonlarla CO2-yə qənaət edilir. Hormann şirkəti ekoloji tikinti məhsullarını da təklif edir.

Hörmann şirkətinin ekoloji fəaliyyəti haqqında daha əraflı “Hormann və ekologiya” kataloqundan öyrənin.

1. Dalğalar arasındakı məsafələrin bərabər və dalğalı qapıların seksiyaları arasındakı keçidlərin hiss edilməməsi. Hörmann qaraj qapılarında dalğalar bərabər paylanır. Seksiyalar elə formaya malik olurlar ki, onların aralarında olan keçidlər bağlı halda demək olar ki, hiss olunmurlar. İstəsəniz dalğalı yan qapını da sifariş verə bilərsiniz. O, seksiyalı qaraj qapısının dalğaları ilə eyni xəttə quraşdırılacaq.

Seksiyaların hündürlüyünün müxtəlifliyi nəticəsində meydana gəlmiş dalğaların qeyri-bərabər paylanması digər istehsalçıların qapılarının qeyri-ahəngdar xarici görünüşlü olmasına gətirir. Kasetlərin bərabər paylanması Ümumi ahəngdar görünüş üçün Hörmann şirkəti kasetlərarası hündürlük məsafəsi tamamilə eyni olan seksiyalı qapı təklif edir.

Seksiyaların hündürlüyü qapının hündürlüyü boyunca bərabər paylanır. Seksiyaya daxil olan kasetlər arası horizontal məsafələr də bərabər saxlanılır. Bunun nəticəsində ahəngdar xarici görünüş alınır.

İstəyinizə uyğun olaraq, siz eyni görünüşlü seksiyaların bərabər paylandığı yan qapını da sifariş verə bilərsiniz.

Seksiyaların hündürlüyünün müxtəlifliyi nəticəsində meydana gəlmiş kasetlərarası məsafələrin qeyri-bərabər olması digər istehsalçıların qapılarının qeyri-ahəngdar xarici görünüşə malik olmasına gətirir.

Qapının ahəngdar xarici görünüşü bir çox xırda detallar sayəsində yaranır: riqel ərazisindəki tənzimləyici falş-panel ağ qapılara və səthlər seksiyaların üz səthi ilə eyni görünüşdə olan bütün hallarda qoyulur. Hörmann qapılarında bütün hissələr bir-birlərinə uyğun gəlirlər. Yan istiqamətləndiriciləri ağ rəngli Woodgrain üzlüyü ilə birgə verilir. Sandgrain, Silkgrain və Decograin üzlüklü qapılara səthləri ilə seksiyaların rəngi bir olan əlavə istiqamətləndiricilər təklif olunur. Micrograin üz səthli qapılarda istiqamətləndirici hamar Silkgrain üzlüyünə malik olur.

 

Rəngli və ya Decograin üz səthinə malik seksiya qapıları səthinə, rənginə və bəzəyinə uyğun əlavə istiqamətləndiricilərlə təmin olunur. Riqel ərazisindəki tənzimləyici falş-panelin rəngi və səthi seksiyaların rəngi və səthi ilə eyni olur. 

LPU qapılarının riqel ərazisində bərabər səviyyədə quraşdırılmış tənzimləyici falş-panel böyük zövqlə düşünülmüşdür.

Qapının bağlanması zamanı üst seksiya flaş-panellə bir səviyyədə olur.

Ultrabənövşəyi şüaların təsirinə davamlı sintetik plyonka örtüyü polad seksiyaların çöl tərəfindən ağacın təbii strukturunu və antrasit rəngli zərif Metallic üzlüyünü dəqiqliklə təkrar edir. Decograin üzlüyünün 6 işlənmə variantı cəlbedici xarici görünüşün daha uzun müddət qorunub saxlanmasını təmin edir.

İstiqamətləndiricilərin çürüməyə davamlı 4 sm-lik əsasları rütubət şəraiti uzunmüddətli olduqda belə, qapıların etibarlı müdafiəsini təmin edir. Rəqiblərdə isə istiqamətləndiricilərin bu cür müdafiəsi yoxdur.

Qaraj evin bir hissəsi olduqda, biz hər zaman yaxşı istilik izolyasiyasına malik qaraj qapılarını tövsiyə edirik. Hörmannın ThermoFrame istiqamətləndiricisi sayəsində LPU qarajlarının istilik izolyasiyasının onsuzda yaxşı göstəriciləırini daha da yaxşılaşdırmaq olar.   

 

Qapının istiqamətləndiriciləri ilə birlikdə asanlıqla quraşdırılan qara rəngli plastmas profil istiqamətləndiricilərin çərçivəsi ilə kərpic divar arasında termik ayrılmanı təmin edir və bununla da istilik izolyasiyasını 15% yaxşılaşdırılır. ThermoFrame istiqamətləndiricisini siz hər bir Hörmann qapısı üçün sifariş verə bilərsiniz.

 

5000*2125 mm ölçülü iki divarlı seksiyalı LPU qaraj qapısı üçün

Qarajı girişlə təmin etmək üçün astanasız kiçik qapı quraşdırmaq kifayətdir. Belə olduğu halda, siz, bu qapıdan, qarajı açmadan, xırda əşyaların daşınmasında istifadə edə biləcəksiniz. Paslamayan poladdan hazırlanmış astananın hündürlüyü mərkəzdə 10 mm, kənarlarda isə 5 mm təşkil edir. Bu, daşınmanı asanlaşdırır və büdrəmə hallarının ehtimalını azaldır.

Sizin seksiyalı avtomatik Hörmann qapınız təcavüzkarlara heç cür ümid vermir. Qapı bağlandıqda məcburi açılmadan qoruma qurğusu istiqamətləndirici haşiyəyə avtomatik olaraq daxil olaraq kilidlənir. Bu isə qapıların məcburi açılmadan qorunmasını təmin edir. Qapı etibarlı bağlanır və bayırdan onu qaldırmaq mümkün deyil. Qapının bağlanması mexaniki olaraq həyata keçirilir. Beləliklə, qapınızın bağlanması elektrik enerjisinin verilməsindən asılı olmur (digər istehsalçıların qapılarından fərqli olaraq). Bu isə əlavə üstünlük və rahatlıq deməkdir.

 

Qaraj və giriş qapılarının motorları üçün nəzərdə tutulmuş etibarlı şifrlənməni və siqnalın əks istiqamətdə ötürülməsini həyata keçirən BiSecur məsafədən idarə etmə sistemi qaraj və giriş qapılarının, eləcə də işıqlandırmanın rahat idarə olunmasına xidmət edir.

 

Yeni sabit radiuslu etibarlı BiSecur şifrlənmə sistemi sayəsində siz heç kəsin sizin radiosiqnalı əldə edə bilməyəcəyindən əmin ola bilərsiniz. Bu texnologiya Boxum şəhəri Rur universitetinin təhlükəsizlik mütəxəssisləri tərəfindən yoxlanılıb və sertifikatlaşdırılmışdır. Etibarlılıq səviyyəsinə görə o, İnternet vasitəsilə həyata keçirilən bank ödənişlərindən geri qalmır.

Qapının bağlı olub olmamadığını bilmək üçün daha evdən çıxmaq lazım deyil. HS 5 BS pultundakı düyməni sıxmaqla, siz işıq diodunun rəngindən öz qaraj qapınızın açıq ya bağlı olduğunu biləcəksiniz. Ehtiyac yaranarsa, siz düyməni təkrar sıxmaqla qaraj qapısını bağlaya bilərsiniz. Qaraj qapısının daha rahat və etibarlı idarə olunması mümkün deyil! 

Yeni App əlavəsini Bisecur Gateway şlüzü ilə birgə istifadə edərək, siz Hörmann qaraj qapısını və Hörmann giriş qapısını asanlıqla smartfon və ya planşetlə idarə edə bilərsiniz.

 

Belə idarə üçün əlavə işıq səddinin olması zəruridir

İOS və Android əməliyyat sistemləri üçün

Xüsusi təchizat zəruridir




BiSecur məsafədən idarə etmə pultları öz qara və ağ rəngi ilə çox zərif görünüşə malik olurlar. Bundan əlavə, onları əldə tutmaq çox rahatdır.

 Laklanmış BiSecur məsafədən idarə olunma pultunun eksklüziv dizaynı nüfuzlu “reddot design award” mükafatına layiq görülübdür.