www.azen.az
О нас
Əsas səhifə >   İstehsalat xərclərini azaldacaq sürətli qapılar

İstehsalat xərclərini azaldacaq sürətli qapılar

Hörmann-dan spirallı qapılar: sürətli, uzunömürlü və etibarlı

Təsəvvür edin ki, anbara yük maşını yaxınlaşır və tikilinin qapısı asta-asta açılır. Azı 20 saniyə keçir və bundan sonra avtomobil içəriyə daxil olur. Qapılar asta sürətlə bağlanır, motor işləməyə davam edir. Bütün bu zaman ərzində əməkdaşlar işləmirlər, anbara isə küçədən hava daxil olur və temperatur balansı pozulur. 

Bu mənzərə ilə adi qapıların quraşdırıldığı bir çox anbarlarda rastlaşmaq olar. Əgər qapının bir açılış-bağlanış prosesi bir dəqiqədən artıq çəkirsə, ay ərzində anbarın işində ləngimələr saatlarla ölçülür. 

Ləngimələri, temperatur disbalansını və yüksək enerji xərclərini Hörmann spiral sənaye qapıları vasitəsi ilə aradan qaldırmaq mümkündür.

Spiral qapılar bütövlüklə avtomatik rejimdə işləyərək əməkdaşların və ya avtomobilin yaxınlaşmasını müstəgil şəkildə təyin edir. Standart dəstə qapının hər hansı bir maneə ilə rastlaşdığı zaman dayanmasını təmin edən işıq baryeri daxildir.

Texniki göstəricilər

Seksiyalı spiral qapılar həm obyektin daxilində həm də xaricində quraşdırıla bilər. Bu qapıları həm enli həm də hündür keçidlər üçün istifadə etmək olar. HS 7030 seriya qapıların maksimal hündürlüyü 6 metr, eni isə 6,5 metr təşkil edir. 

Səs izolyasiyası göstəricisi 22 dB-yə bərabərdir. Qapılar güclü küləklərə tab gətirə bilir. Bu sinif məhsullar supersürətli hesab olunurlar. Qapının açılma sürəti 2,5 m/s təşkil edir, bu da o deməkdir ki, hündürlüyü 2 metr olan qapının açılma müddəti bir saniyədən azdır. Bağlanma sürəti - 0,5 m/s təşkil edir.

Xarici görünüş

Hörmann qapılarını şəffaf Duratec şüşələri ilə təchiz etmək mümkündür. Qapılara polikarbonat şüşə quraşdıran digər istehsalçılardan fərqli olaraq Hörmann Duratec xırda cızıqlararın əmələ gəlməsi və mexaniki zədələrə davamlıdır.  

Poliuretanla doldurulmuş sendviç panellər anbarın istilik izolyasiyasını təmin edir. 

Qapıları RAL palitrasına görə 200-dən artıq rəngdə sifariş etmək mümkündür. 

Sifarişçi istəyinə görə qapının fakturasını da seçə bilər - «Micrograin» və ya «Stucco». Bir sözlə, istənilən memarlıq həlli üçün uyğun seçim etmək mümkündür. 

Hörmann spiral qapıları anbarlar, sənaye obyektləri və avtomobil təmiri mərkəzləri üçün ideal seçimdir.