www.azen.az
О нас
Əsas səhifə >   Hörmann-dan yanğına davamlı qapılar

Hörmann-dan yanğına davamlı qapılar

Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müəssisələr yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirləri görməlidirlər. Bu tələb təkcə sənaye obyektlərinə deyil, həmçinin ictimai və yaşayış binalarına da aiddir. Yanğın təhlükəsizliyi tələblərinin icra olunmamasının hansı nəticəyə gətirib çıxarması hamıya məlumdur.  AZEN şirkəti yanğın təhlükəsizliyi tələblərinin bir hissəsi olan oda davamlı qapılar və arakəsmələrin satışı və quraşdırılması xidmətlərini təklif edir. 

Odadavamlı qapılar haqda ümumi məlumat

Odadavamlılıq konstruksiyanın alovun təsiri altında öz xüsusiyyətini saxlamaq qabilyətinə deyilir. Qapıların odadavamlılıq səviyyəsi konstruksiyanın dağılmadan və odun yayılmasının qarşısını alaraq fəaliyyət göstərdiyi zaman ilə müəyyən olunur.

Odadavamlılıq həddi - sınaqlar yolu ilə müəyyən olunan bir ölçüdür. Odadavamlı qapıların sınaqdan keçirilməsinin standartları mövcuddur.  Bundan əlavə, odadavamlı qapılara sertifikat təqdim olunur. 

Hörmann odadavamlı qapılar

Hörmann-ın yanğınaqarşı qapıları DIN ISO 9001 standartına uyğun istehsal olunur. Qapılar Avropada uğurla sınaqlardan keçirilib və DİBt, EN 16034, EN 14351 sertifikatları ilə təmin olunub. 

Almaniya konserni konstruksiyası və odadavamlı xüsusiyyətlərinə görə fərqlənən məhsullar, o cümlədən yüksək tələbat olan 30 və 90 dəqiqəlik odadavamlı qapılar istehsal edir. 

Odadavamlılıqdan başqa, Hörmann qapıları alıcı üçün faydalı digər vacib funksiyalarla təchiz olunur. Yanğınaqarşı qapılar yüksək səs izolyasiyasına və sındırılmadan qoruma mexanizminə malikdir. Bundan əlavə Hörmann yanğınadavamlı qapıları obyektdə tüstünün yayılmasının qarşısını almağa da qadirdir. Yanğınadavamlı qapılardan savayı Hörmann, həmçinin  şüşəli və şüşəsiz tüstükeçirməz qapılar və arakəsmələr istehsal edir.  

Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarına görə təxliyyə  çıxışlarının bütün qapıları otaqlardan çıxışa doğru sərbəst açılmalıdır. Hörmann odadavamlı qapıları "antipanika" kilidləri ilə təchiz olunur ki, bu kilidlər qapının açarsız, içəridən açılmasına imkan verir.

Keyfiyyətli odadavamlı qapı əldə etmək üçün Bizə müraciət edin. Mütəxəssislərimiz bütün məsələlərdə, sifarişin qəbul olunmasından başlayaraq, çatdırılma və qapıların quraşdırılmasınadək sizə yardım edəcəklər. Hörmanın Azərbaycanda rəsmi distribyutoru AZEN şirkətinə müraciət edin - təhlükəsizliyinizi təmin edin!